Ağdaşda avtomobil piyadanı vurdu

13 Mart 2018 23:12 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləki kəndində, dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Sərvah Səhər oğlu Həmidovu avtomobil vurub. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.