Mourinyo PSJ-yə keçə bilər

15 Mart 2018 17:54 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Mourinyonun baş məşqçilik etdiyi "Mançester Yunayted" Çempionlar Liqasında "Çelsi"yə uduzub. "Mançester Yunayted"in son iki ildə 300 milyon funt xərcləməsinə baxmayaraq, Mourinyodan gözlənilən nəticəni ala bilmədikləri, buna görə də ondan narazı olduqları deyilir.

Bunları nəzərə alan Mourinyonun PSJ-yə keçəcəyi də iddia edilir.

Qeyd edək ki, Mourinyonun "Mançester Yunayted"lə 2020-ci ilə kimi müqaviəsi var.