Bakıda binalara çəkilən rəsmlər hər kəsin diqqətini cəlb elədi - Video

16 Mart 2018 00:00 (UTC+04:00)

AzNews.az bu barədə Xəzərxəbər-ə istinadən xəbər verir.

Sosial şəbəkələrdə də xeyli müzakirə olunan bu işlərin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Vüsalə Ağarazıyevadır. O, bu əsərləri Daşqın Bayramov və Ağayar Bayruşovla birlikdə ərsəyə gətirib.

Divarlara çəkilən rəsmlər xüsusilə də turistlər tərəfindən böyük maraqla qarşılanır. Binalarda çəkilən rəsmlərdə qədim Bakı və Azərbaycan ədəbiyyatının ən məşhur nümunələri əks olunub.

Gənc rəssamların fikrincə, paytaxtda elə binalar var ki, onlar küçə rəsmləri çəkmək üçün çox əlverişlidir.

Belə şəkilləriin sayını artırmaqla Bakını dünyanın ən məşhur "street art" şəhərlərindən birinə çevirmək olar.

Həmin görüntüləri sizə təqdim edirik.