"Report"un xəbərinə görə, hadisə metronun "20 yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Moskva prospektindən Müzəffər Həsənov küçəsinə dönən avtobus yolun kənarında dayanan "Azsamand" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 99-AB-749 dövlət nömrə nişanlı minik avtomobilinin sol yan güzgüsü qırılıb.
"Azsamand" sürücüsünün iddiasına görə, bu həftə ərzində 18 nömrəli marşrut avtobus ikinci dəfədir ki, onun avtomobilini əzir: "Birinci dəfə sürücü hadisə yerindən uzaqlaşmışdı".
AzNews.az