İlham Əliyev Nepalın prezidentinə məktub göndərdi

16 Mart 2018 17:09 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Nepal arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Nepal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.