Lotoreyadan 19 milyon udmuşdu, bank oğrusu kimi həbs olundu

16 Mart 2018 17:49 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşında heç görmədiyi qədər pulun sahibi olan Ceyms Hayes, 20 ildən sonra pulsuzluq ucbatından gerçəkləşdirdiyi bank soyğunlarına görə həbsə girib.

Polis Ceymsi 10 bank soyğununda ittiham etsə də o, yalnız bunlardan dördünü törətdiyini etiraf edib.

ABŞ-ın Kaliforniya ştatında yaşayan Ceymsin narkotik asılılığından əziyyət çəkdiyi və bir qarajda tək yaşadığı məlum olub. O, 19 milyona sahib olarkən "pulu boş yerlərə xərcləməyəcəyəm" demişdi.