AzNews.az Ukrayna Futbol Federasiyasına istinadla xəbər verir ki, final oyununa ən ucuz biletin qiyməti 70 avrodan başlayır. Ən bahalı I kateqoriyalı biletin qiyməti isə 450 avrodur.
UEFA-nın saytı vasitəsilə bilet satışı olduqca məhduddur: satışa cəmi 5 min bilet çıxarılıb. Sayt vasitəsilə bilet satışı martın 22-də başa çatacaq.