KXDR ilə ABŞ arasında görüşü bu şəxs təşkil edəcək

17 Mart 2018 10:13 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu addım Trampın yenicə dövlət katibi təyin etdiyi MKİ-nin keçmiş rəhbəri Mayk Pompeonun artan siyasi təsirindən xəbər verir. Pompeo MKİ və Şimali Koreya kəşfiyyatı vasitəsilə KXDR nümayəndələri ilə əlaqə qurub.

Qeyd edək ki, bir müddət əvvəl Tramp, Kim Çen Inla görüşməyə razılıq verib. Görüşün may ayında baş tutması gözlənilir.