APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Nüydü kəndində qeydə alınıb. Kənd sakini, 1936-ci il təvəllüdlü Bayramova Mənsurə yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
AzNews.az