Zəncirvari yol qəzası

17 Mart 2018 17:08 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 18-ci mikrorayon ərazisindəki Saray körpüsü adlanan yerdə qeydə alınıb.

Belə ki, 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ağır yaralanıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hər 3 avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az