AZAL-a məxsus təyyarədə nasazlıq - Sərnişinlər...

17 Mart 2018 18:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə ekipaj üzvünün sərnişinlərin təyyarədən çıxması üçün qapılarını açmağa başlayan zaman baş verib. O səhvən təxliyyə avadanlığını açıb.

Hadisə yerinə xilasedicilər gəlib. Xəsarət alan olmayıb və bütün sərnişinlər təyyarədən düşürülüb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə “Report”a bildirib ki, təyyarənin ehtiyat trapının ağzı açılıb, ondan sonra bağlanılıb və sərnişinlər normal şəkildə avialayneri tərk ediblər: "Yaranmış problem aradan qaldırıldıqdan sonra təyyarə Bakıya qayıdacaq".

Qeyd edək ki, təyyarə Bakı-İstanbul reysi ilə uçurmuş.