Prezidentliyə namizədlərə 6 saat ödənişsiz efir vaxtı ayrılacaq

17 Mart 2018 21:56 (UTC+04:00)

APA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, namizədlərə ödənişsiz əsaslarla həftədə İctimai Televiziya və Radio Yayımları Şirkətində, 3 saat televiziya, 3 saat radioda olmaqla, ümumilikdə çıxış üçün 6 saat vaxt ayrılacaq.

İclasda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə 4 nəfərdən ibarət komissiya yaradılıb.

Qərar verilib ki, ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma mərasimi Komissiyanın 19 mart tarixli iclasında keçirilsin.

AzNews.az