"Fənərbağça" və "Qalatasaray" heç-heçə edib

17 Mart 2018 22:40 (UTC+04:00)

“Report” xəbər verir ki, "Ülkər – Şükrü saracoğlu" stadionunda baş tutan İstanbul derbisi 0:0 hesablı heç-heçə ilə başa çatıb.

"Qalatasaray" 26 turan sonra 54 xal toplayıb və Türkiyə Superliqasının turnir cədvəlində liderliyini davam etdirir. "Fənərbağça" 48 xalla 4-cü yerdədir.

Növbəti qarşılaşmada "Fənərbağça" səfərdə "Kayserispor", "Qalatasaray" isə evdə "Trabzonspor"la qarşılaşacaq. Hər iki oyun aprelin 1-də keçiriləcək.

Türkiyə Superliqası. 26-cı tur

"Fənərbağça" – "Qalatasaray" - 0:0

AzNews.az