Milli Məclisin deputatları səsverməni müşahidə edirlər

18 Mart 2018 12:12 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.

Z. Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə edəcəklər.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.