Afrin əməliyyatında 46 türk hərbçisi şəhid olub

18 Mart 2018 17:06 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Afrində həyata keçirilən əməliyyat zamanı 3 min 603 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Bu gün - martın 18-də Afrin şəhəri terrorçulardan təmizlənib.