Gəncədə yaşayan Rusiya vətəndaşları səsvermədə iştirak edirlər

18 Mart 2018 18:43 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, seçki günü Bakı şəhərində Rusiya səfirliyinin konsulluq binasında fəaliyyət göstərən məntəqədən fərqli olaraq, Gəncədə Rusiya vətəndaşlarının səsverməsi üçün səsvermə martın 17-dən keçirilir. Heydər Əliyev meydanındakı inzibati binada (Rus icması otağı) fəaliyyət göstərən məntəqə saat 10:00-dan işə başlayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qərb regionunda kifayət qədər Rusiya vətəndaşının yaşadığını və onların bu seçkilərdə aktivlik nümayiş etdirdiyini deyib.