İki azyaşlını maşın vurub

18 Mart 2018 20:03 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Məhrasa bağı yaşayış massivində "VAZ 21015" markalı minik avtomobilinin vurduğu azyaşlıların şəxsiyyəti məlum olub.

Avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Məryəm Hüseynova və 2011-ci il təvəllüdlü Mədinə Əlizadəni vurub.

Xəstəxanaya yerləşdirilən hər iki azyaşlının vəziyyətlərinin normal olduğu bildirilir.