Kürdəmirdə 6 otaqlı ev yandı

18 Mart 2018 21:23 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Karrar kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​