Rusiyada səsvermənin ilkin nəticəsi məlum oldu

18 Mart 2018 22:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rusiya MSK-nın sədri E.Pamfilovanın verdiyi məlumata görə ilkin məlumatlara görə Vladimir Putin 73,5 %-ə yaxın səs toplayaraq Prezident seçkilərinin qalibi oldu.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 15,58 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,90 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,39 faiz səslə Kseniya Sobçak qərarlaşıb.