İki avtobus toqquşdu - 11 nəfər öldü

19 Mart 2018 10:59 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, iki avtobusun toqquşması nəticəsində ən azı 11 nəfər həlak olub, 54 nəfər isə yaralanıb. Hadisə Quayas əyalətində baş verib.

Qəzaya səbəb sərxoş motosikletçi olub. Belə ki, avtobus sürücüsü onunla toqquşmamağa çalışıb, lakin qəzadan qaçmaq mümkün olmayıb.