Azərbaycanda balıq bahalaşdı - 25 manat...

19 Mart 2018 11:24 (UTC+04:00)

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, son iki gündə ziyad balığının qiyməti iki dəfə qalxıb. Hazırda bu növ balığın bir kiloqramı 20-25 manata satılır:

“Novruz bayramında adətdir, süfrəyə içərisi ləvəngi ilə dolu ziyad balığı qoyulur. Tələbat artdığından bazarlarda ziyad balığı tapılmır. Alverçilər onu daha çox Bakıya və Lənkərana alıb aparırlar”.

Sakinlər qeyd ediblər ki, normal bir ziyad balığını 40-45 manata almaq olar.

Bahar RÜSTƏMLİ
AzNews.az