“Sosial şəbəkədə ölkə rəhbərliyi əleyhinə...”

19 Mart 2018 14:52 (UTC+04:00)

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilərdə KİV-in rolu" mövzusunda çıxışı zamanı deyib. M.Pənahov qeyd edib ki, bununla yanaşı ölkənin təhlükəsizliyi ilə bağlı səsləndirilən fikirlərə həssas yanaşılmalıdır:

“Bəzən bu yazıları, videoların izlənmə sayının 1 milyon olduğu deyilir. Əsas məsələ sivil dünyada söz sahibi olan cəmiyyətin əxlaq normalarına uyğun olaraq əhalimizi ayıq saxlamalıyıq. Adətən necə olur əxlaqsız, tərbiyəsiz hərəkət nümayiş etdirənlərə qarşı münasibətimiz? Bir dəfə baxıb keçirik. Lakin ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər olsa, müvafiq qurumlar ona həssas yanaşmalıdır”.