Tramp kraldan 4 milyard dollar istədi

19 Mart 2018 15:09 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qarşılıqlı əlaqələr, səfərlər, strateji və iqtisadi sahələrdə bağlanan müqavilələr bu iki ölkəni tarixdə görünməyəcək qədər yaxınlaşdırıb.

"Washington Post" Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yeni bir anlaşmanı üzə çıxarıb. Belə ki, 2017-ci ilin dekabrında Trampın kral Salmanla telefon görüşməsində ondan 4 milyard dollar istəməsi aydın olub. ABŞ rəsmiləri bu barədə iki ölkə arasında razılaşma olduğuna inanırlar.