Avropa İttifaqı ilə İngiltərə razılığa gəldi

19 Mart 2018 17:22 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Wall Street Journal"da yer alan xəbərdə bildirilir ki, Avropa İttifaqı ilə İngiltərə Brexit-dən sonrakı dövr üçün anlaşıb.

Anlaşmaya görə, İngiltərə 2019-cu ilin martında Avropa İttifaqından ayrılacaq, 2020-ci ilin sonuna qədər Avropa İttifaqının qaydalarına bağlı qalacaq. Lakin Aİ ilə İngiltərə yalnız bir məsələdə razılığa gələ bilməyib. Bu da İrlandiyanın sərhədləri məsələsi olub.

Qeyd edək ki, anlaşmanın qüvvəyə minməsi üçün qanuni şəkildə təsdiqlənməsi lazımdır.