AFFA-nın baş katibi və Qurban Qurbanov futbolçularla görüşdü - Foto

19 Mart 2018 19:05 (UTC+04:00)

AzNews.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki şəxs Milli Komandaların Məşq Mərkəzində keçirilən görüşdə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıblar.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.