Dağlıq Qarabağ münaqişəsində Türkiyə ilk növbədə Azərbaycanın maraqlarını müdafiə edir - Amanda Pol

19 Mart 2018 19:48 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib.

"Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində, o cümlədən Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsində irəliləyiş üçün israr etməkdə davam edəcək.

A.Pol eləcə də qeyd edib ki, söhbət Dağlıq Qarabağ münaqişəsindən gedəndə Türkiyə ilk növbədə Azərbaycanın maraqlarını müdafiə edir.