Tovuzda avtomobil qəzası baş verdi

19 Mart 2018 20:55 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində qeydə alınıb.

“Qaz 31” markalı minik avtomobili ilə yük maşının toqquşması nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ciddi ziyan dəydiyi bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.