Salyanda ağır yol qəzası baş verdi - Xəsarət alanlar var

19 Mart 2018 21:24 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, rayonun Qaraçala kəndində VAZ 2106 markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.