Şərikinə 150 min “atan” qadın məhkəmədə

20 Mart 2018 12:42 (UTC+04:00)

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun icraatında olan prosesdə anket məlumatları dəqiqləşdirilib. Proses martın 27-də davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün şikayət verib.

İttihama görə, A.Rəhimova Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min pul alıb. Daha sonra "İphone" telefonu satmaq almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb. O, həmçinin Surxay Məmmədov adlı şəxsdən qızıl əşyaları alıb satmaq adı ilə 55 min manat alıb.

AzNews.az