Türkiyə millisində daha bir dəyişiklik edildi

20 Mart 2018 13:05 (UTC+04:00)

"Report"un məlumatına görə, İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğundan millidən kənarlaşdırılıb.

Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib.

Bundan əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.

Qeyd edək ki, İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək.

AzNews.az