Azyaşlının üzərinə qaynar su dağıldı - Bakıya gətirildi

20 Mart 2018 16:31 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2017-ci il təvəllüdlü Tağıyeva Aynur Kəmaləddin qızının üzərinə qaynar su dağılıb. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğu üçün paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az