Əfqanıstanda terror - 26 nəfər öldü

21 Mart 2018 12:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Əfqanıstan Daxili İşlər Nazirliyi nümayəndəsi Nusra Rahimi məlumat verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb.

O, bildirib ki, hadisə Kabil universitetinin yaxınlığında qeydə alınıb. Partlayış insanların bayram şənliyi keçirmək üçün toplaşdığı ərazidə kamikadze tərəfindən törədilib.