Türkiyədən gətirilən suvenir şamların içindən görün nə çıxdı - Foto

21 Mart 2018 17:23 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib.

Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində "Lyrica 300mg" yazısı olan dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.