Neymar baş məşqçi postuna onu layiq bilir

21 Mart 2018 19:41 (UTC+04:00)

AzNews.az Avropa mətbuatına istinadən xəbər verir ki, bu barədə Neymar PSG klubunun prezidenti Nasser Al-Xelaifi ilə söhbətləşib.

Neymar klubun prezidentinə hazırkı baş məşqçi Unay Emerinin yerində Barselonanın keçmiş baş məşqçisi Luis Enrikeni görmək istədiyini deyib.

Qeyd edək ki, "Tottenhem"-in baş məşqçisi Maurisio Poçettino və "Çelsi"-nin baş məşqçisi Antonio Konte də bu posta əsas namizədlərdən biri sayılır. Lakin Neymar Kontenin futbol fəlsəfəsini bəyənmədiyini qeyd edib.