"İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq" - Səməd Seyidov

22 Mart 2018 14:08 (UTC+04:00)

AzNews.az Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu gün ölkəmiz beynəlxalq təşkilatlarda aparıcı rol oynayır: “Biz fəxr edirik ki, gənc Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma üzv olub və bu təşkilata sədrlik edib. Bütün bunlar Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin dəmir iradəsinin məntiqi nəticəsidir”.

S.Seyidov deyib ki, Azərbaycan bu uğurlara Prezidentlə xalqın birliyi nəticəsində nail olub. “Biz bu birliyi qorumalıyıq. Bunun üçün də 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq” – deyə, komitə sədri qeyd edib.