Mingəçevir şəhərində ağır yol qəzası baş verdi

22 Mart 2018 15:50 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində baş verib.

Belə ki, ”Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 1995-ci il təvəllüdlü Hümbətov Əmirxan Vüqar oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.