Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini azaldıb

23 Mart 2018 15:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu il ikinci dəfədir ki, Rusiya Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb. Belə ki, Rusiya Mərkəzi Bankı bu ilin fevral ayında əsas faiz dərəcəsini 7,75 faizdən 7,50 faizə endirib. Ötən il isə faiz dərəcəsi altı dəfə azalıb.