Əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği

23 Mart 2018 16:40 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 933,8 milyon manatlıq xidmət göstərilib. Bu isə xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib.

Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 130,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,6 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.

AzNews.az