Brent neftin qiyməti 70 dollara çatıb

23 Mart 2018 20:35 (UTC+04:00)

APA-nın xəbərinə görə, neftin qiyməti 70,20 dolları keçib, sonra isə korreksiya nəticəsində bir qədər aşağı düşüb.

Qiymət artımına Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falihin açıqlamaları təsir edib. Xalid əl-Falih bildirib ki, OPEC, Rusiya və digər ölkələr hasilatın azaldılması barədə razılaşmanı 2019-cu ildə də davam etdirməlidir. 2017-ci ilin yanvarından bəri tərəflər bazarda təklifi azaltmaq üçlün hasilat həcmini gündə 1,8 milyon barel ixtisar edirlər.

AzNews.az