Peru parlamenti ölkə prezidentinin istefasını qəbul etdi

23 Mart 2018 21:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. Martın 21-də Kuçinski istefa ərizəsini parlamentə təqdim edib.

Qeyd edək ki, Braziliyanın “Odebrecht” tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub. 77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlmişdi. (APA)