Evindən avtomat çıxdı

7 Aprel 2018 13:34 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursat barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İnşallah Babayevin yaşadığı evdən 1 ədəd “AK” markalı silah, 1 ədəd patron darağı və 20 ədəd 7,62 çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az