Britni Spirsdən sevgilisi ilə ehtiraslı rəqs - Video

14 Aprel 2018 21:10 (UTC+04:00)

AzNews.az-ın Axsam.az-a istinadən məlumatına görə, görüntüdə o, özündən 12 yaş kiçik rəqqas sevgilisi Sem Asgari ilə rəqs edir.

Britninin Semlə ehtiraslı rəqsi izləyiciləri tərəfindən müsbət qarşılanıb. Onlar videonun altına “Bir-birinizə yaraşırsınız”, “Şadam ki, xoşbəxtsiniz” kimi şərhlər yazıblar.

Xatırladaq ki, B.Spirsin 35, S.Əsgərinin isə 23 yaşı var. Cütlük müğənninin "Slumber party" klipinin çəkilişlərinə tanış olublar. Ötən ilin dekabrından sevgili olsalar da, rəqqas eşqini ötən həftə rəsmən elan edib.