Azərbaycanda toya ən baha gedən müğənni... - Şok qiymətlər

14 Aprel 2018 23:13 (UTC+04:00)

AzNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, ifaçı Bakı şəhərində keçirilən toy məclisini idarə etmək üçün 13 min dollar (22100 manat - red.) qonorar tələb edir. Bu qiymətə canlı orkestr daxildir.

N.Sərinləndirici toylarda Jane Shroke adlı əcnəbi müğənni ilə iştirak edir. Qeyd edək ki, onlar uzun müddətdir duet ortağıdırlar. Bir müddət öncə isə cütlüyün artıq ailə həyatı qurduğu bəlli olub.

Nurinin məclislərini isə tanınmış teleaparıcı, hazırda İTV kanalında çalışan Lamiyyə Ələkbərqızı idarə edir. O, həmçinin müğənninin prodüserlik işləri ilə məşğuldur.

Maraqlı məqamlardan biri isə odur ki, Nurinin qonorar olaraq tələb etdiyi məbləğ bəzi hallarda dəyişə bilir. Məsələn, əgər toy Bakıdakı lüks şadlıq saraylarından birində keçirilirsə (“Buta”, “Böyük saray”) qiymət avtomatik olaraq 20 min dollaradək (34 min manatadək) yüksələ bilir. Çünki sənətçi hesab edir ki, əgər toy yiyəsi bu tip şadlıq saraylarında məclis keçirirsə, deməli, pulu var və yüksək qonorar tələb etməkdə heç bir problem yoxdur.

Həmçinin siz Nurini rayona dəvət edirsinizsə, bu qiymət bir qədər də yüksəlir və toy sahibi ilə razılığa əsasən, 22-25 min dollaradək (37-42 min manatadək) qalxa bilir.