AzNews.az xəbər verir ki, bu qələbə ilə "Barselona" klubu məğlubiyyətsizlik seriyasını 39-a çatdırıb. Bu nəticə ilə də Kataloniya təmsilçiai La Liqada bir rekorda imza atıb.
Belə ki, indiyə qədər bu rekord ardıcıl 38 oyunda uduzmayan (1978-80-ci illərdə) “Real Sosyedad”a məxsus idi.
Qeyd edək ki, “Barselona” La Liqada son dəfə 2017-ci ilin aprelin 8-də “Malaqa”ya uduzub – 0:2.
Hazırda Kataloniya təmsilçisi 32 turdan 82 xalla daxili çempionatda liderdir.