"Azərbaycanda bu idman növü 10 ildən az müddətdə inkişaf etdi" - Jorj Gelzek

15 Aprel 2018 16:18 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki,

kili mini-batut və tamblinq üzrə Avropa çempionatını izləyən Avropa Gimnastika İttifaqının (UEG) fəxri prezidenti Jorj Gelzek deyib.

O qeyd edib: "Mən bir neçə dəfə Bakıda olmuşam. Burada bütün tədbirlər çox gözəl təşkil olunub. Heç bir problem yoxdur, təşkilatçılıq hər zaman yüksək səviyyədədir. Mən Fəridəni çoxdandır tanıyıram, o, ağıllı, zəhmətsevər insandır, onun əla komandası var".

J.Gelzek vurğulayıb ki, istənilən idman növünün inkişafı üçün bir çox parametrləri nəzərə almaq lazımdır:

"İnkişaf planı zəruridir. Hər şeyi addım-addım etmək lazımdır. Hər bir addım da diqqətlə qeydə alınmalıdır. Batut gimnastikası kimi idman növlərinin inkişafı isə heç də sadə məsələ deyil. Azərbaycanda bu idman növü 10 ildən azdır ki mövcuddur, lakin nəzərəçarpan uğurlar əldə olunub, inkişaf üçün hər şey edilir. Bilirəm ki, AGF-də hər şey yaxşı təşkil olunub, burada yaxşı komanda yığılıb ki, bu da iş prosesi üçün çox vacibdir".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında yarışların sonuncu gününə start verilib. Turnirin son günü hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq. Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.