Premyer Liqanın qalibi məlum oldu - Fotolar

15 Aprel 2018 21:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, belə ki son turda səfərdə "Tottenhem"ə qalib gələn “Mançester Siti” klubu çempionluğu öncədən qeyd etmək üçün bu gün "Qırmızı Şeytanlar"ın məğlub olmasını gözləməli idilər.

Beləliklə də 34-cü tur çərçivəsində keçirilən matçda “şəhərlilərin” ən yaxın izləyicisi və əsas rəqibi “Mançester Yunayted” doğma meydanda 0:1 hesabı ilə “Vest Bromviç” klubuna məğlub oldu.

Bununla da “şəhərlilərin” çempionluğu rəsmiləşib.

Qeyd edək ki, “Mançester Siti” klubu tarixində 5-ci dəfə İngiltərə çempionu olub. Bu, Xosep Qvardiolanın klubla qazandığı sayca ikinci tituldur. Bundan əvvəl onun rəhbərliyi altında “Mançester Siti” Liqa Kubokunun qalibi olub.