Dizelə tələbat 21 faiz artıb

16 Aprel 2018 13:58 (UTC+04:00)

AzNews.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu, dizel yanacağına ölkədaxili tələbatın təxminən 21 faiz artması ilə bağlıdır.

Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib.

Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır.