13 yaşlı uşaq vikinqlərin xəzinəsini tapdı

16 Aprel 2018 16:30 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, xəzinənin xristianlığı Danimarkaya gətirən "Mavi diş" ləqəbli əfsanəvi kral Haralda aid ola biləcəyi ehtimal edilir. Həvəskar arxeoloq və onun 13 yaşlı şagirdi tapılanların əvvəlcə aliminium olduğunu düşünüblər. Lakin sonradan bunların gümüş xəzinəsi olduğu bəlli olub.

Mütəxəssislər xəzinə tapılan yerdə araşdırma aparırlar.