FİDE prezidenti Şəmkirə gedir

18 Aprel 2018 11:06 (UTC+04:00)

Turnirin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.

Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.