42 yaşlı kişinin qulağının kəsilməsi ilə bağlı yeni xəbər

18 Aprel 2018 14:04 (UTC+04:00)

Rayonun Ləj kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib:

“Deyirlər gecə Vaqif ailəsi ilə birlikdə Ləj kəndinə qonaq gəlirmiş. Gələrkən onun avtomobilini saxlatdırıblar. Vaqif də həmin şəxslərlə mübahisə edib. Nəticədə həmin şəxslərlə arasında dava düşüb. Davada Vaqifin qulağının kəsilməsi söhbəti yalandır, sadəcə, qulağı çızılıb. Məsələyə polis qarışıb”.

Qeyd edək ki, Lənkəran sakinin qulağının kəsilməsi ilə bağlı xəbər yayılmışdı. Xəbərdə bildirilirdi ki, rayonun Girdəni kənd sakini, 1976-cı il təvəllüdlü Vaqif Balaxan oğlu Əliağayevin tanımadığı şəxslər tərəfindən qulağı kəsilib.

Bahar RÜSTƏMLİ
AzNews.az